Azərbaycanda homoseksuallar hərbi xidmətə aparılacaq? - PROBLEM

13:30 | 16.01.2014
Azərbaycanda homoseksuallar hərbi xidmətə aparılacaq? - PROBLEM

Azərbaycanda homoseksuallar hərbi xidmətə aparılacaq? - PROBLEM

Bir neçə il öncə ABŞ-da “Soruşma, demə” adlı qərarla homoseksual qadın və kişi əsgərlər cinsiyyətlərini açıqlamaq məcburiyyətində qalmadan orduda xidmət edə bilirdilər. Daha sonra bu qərarı Obama ləğv elədi. “Soruşma, demə” siyasəti 18 ildir ki, ABŞ-da tətbiq edilirdi. 1993-cü ildə isə homoseksualların orduda xidməti qadağan idi. Bu siyasətlə homolar orduda xidmət etsələr də, bəlli olacağı təqdirdə ordudan uzaqlaşmaq təhlükəsi ilə üzləşə bilərdilər. Bəs Azərbaycanda mövcud qanunvericilik necədir? Nəzərə alsaq ki, son illər orduda müəyyən cinsi zorakılıqların baş verməsi hallarını müşahidə edirik. Belə halların başvermə səbəbi bəlli olsa da, gənc oğlanların cinsi azlığın nümayəndəsi olması necə müəyyənləşdirilir?
Mövzu il bağlı olaraq ANN.Az-a Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adının hallanması istəməyən əməkdaşının verdiyi məlumata görə, mövcud problem çağırış zamanı xüsusi diqqətdə saxlanılır: “Ümumiyyətlə, bütün əsgərlər ciddi yoxlamadan keçirildikdən sonra orduya yararlılıq qabiliyyəti müəyyənləşir. Dediyiniz məsələ ilə bağlı şübhəli hal olarsa, bununla bağlı xüsusi baxış otaqlarımız mövcuddur. Həmin otaqlarda mütəxəssislər müəyyən zaman çərçivəsində gəncin homoseksualizmə meyilliliyini müəyyənləşdirə bilir. Belə olan halda, təbii ki, həmin gənclər hərbi xidmətə aparılmır. Bir neçə gün öncə cənab nazir yeni əmr də imzalayıb. Əmrə görə, hərbi çağırışçılar öncəki kimi bir dəfə deyil, iki dəfə tibbi yoxlamadan keçəcək. Bu da dediyiniz hallarla bağlı qüsurlar olurdusa, aradan qalxmasına səbəb olacaq”
Hərbi ekspert Üzeyir Cəfərov ANN.Az-a açıqlamasında bildirib ki, ordu da cəmiyyətin ayrılmaz hissəsi olduğundan, mülkidə baş verən istənilən halın hərbidə baş verməsi normaldır: “Biz bir məsələni nədənsə unuduruq ki, ordu da cəmiyyətimizin ayrılmaz hissəsidir. Azərbaycan daxilində baş verən istənilən neqativ hallar, istər narkomanlıq olsun, istər oğurluq, cinsi zorakılıq və s. hallar ordu sıralarında da mövcuddur. Mülki həyatdan fərqli olaraq, burda bir qədər az, amma hər hansı hadisə baş verərsə, bir qədər səs-küylü olur. Ona görə də, gənclərin ordu sıralarına çağırılanadək müəyyən işlər həyata keçirilməlidir ki, gələcəkdə hansısa ciddi fəsadlar yaşanmasın. Bizdə ayrı-ayrı dövlət qurumları sanki biri digərindən tam xəbərsiz fəaliyyət göstərir. Xüsusən də, çağırış məsələsinə görə cavabdehlik daşıyan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti demək olar ki, ölü durumdadır. Bunlar yalnız çağırışçıları ordu sıralarına yola salmaq və ordudan qayıdanların qeydiyyatını aparmaqla məşğul olurlar. Ona görə də, xeyli görüləsi işlər diqqətdən kənarda qalır”.
Ü.Cəfərov açıqlamasında həmçinin qeyd edib ki, mövcud halların qarşısının alınması üçün dövlət qurumları bir-birilə əməkdaşlıq etməlidir: “Sizin söylədiyiniz məsələ də son dərəcə ciddi və narahatedici bir problemdir. Adını çəkdiyim qurum Təhsil, o cümlədən Səhiyyə nazirlikləri və digər hökumət qurumları ilə daim əlaqəli işləməli, belə hallara meyilli insanları aşkara çıxartmalı, onların gələcək həyatlarını bir növ izəməlidirlər. Və bu haqda müvafiq güc strukturlarının rəhbərləri məlumatlandırılmalıdırlar. Onda, əllərində müəyyən informasiya olan hərbi hissə və birləşmələrin komandirləri onlardan asılı olan addımları ata bilərlər. Bəzən məhz onların məlumatsızlığı bir çox faciələrin yaşanmasına gətirib çıxarır”.
Seymur
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM