"Report”un Muğan bürosu xəbər verir ki, mərhum alim 62 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Şərbətov Firudin Vəzir oğlu 24 noyabr 1958-ci ildə Cəlilabad rayonunun Cəlayir kəndində anadan olub. 1965-ci ildə Cəlilabad rayonunun Andreyevka kənd məktəbinin 1-ci sinfinə getmiş və həmin məktəbin 10-cu sinfini 1975-ci ildə bitirib. 1975-ci ildə Kirovabad şəhərindəki S.Ağamalıoğlu adına "Şərəf nişanı” ordenli Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakultəsinə daxil olub. Həmin institutu 1980-ci ildə bitirib.
O, 1992-ci ildə isə Cəlilabad rayon icra hakimiyyəti başçısının kənd təsərrüfatı işləri üzrə müavini vəzifəsinə təyin edilib.
1994-cü ilin fevral ayından 1996-cı ilə qədər Cəlilabad Təcrübə Stansiyasında "Seleksiya və toxumçuluq” şöbəsinin müdiri vəzifəsini icra edib.
2019-ci ildən etibarən Əkinçilik ET İnstitutunda "Bitki seleksiyası” şöbəsində aparıcı elmi işçi vəzifəsində calışıb. Ərzaq paxlalıları proqramınin rəhbəri olub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !