İctimai çimərliklərlə bağlı yeni qanun

21:00 | 16.05.2017
İctimai çimərliklərlə bağlı yeni qanun

İctimai çimərliklərlə bağlı yeni qanun

Azərbaycan Milli Məclisinin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında Torpaq Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarılıb.

Anews.az-ın APA-ya istinadən verdiyi məlumata görə, məcəllənin 46-cı maddəsinə edilən dəyişikliklərə əsasən, ictimai çimərliklərlə bağlı tələblər müəyyənləşib.

Layihədə deyilir ki, ictimai çimərliklərdə sahilboyu 20-50 metrlik zolağın altında olan torpaq sahəsinin dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlanmasına o halda yol verilir ki, hasar və ya bağlanma üçün istifadə edilən tikinti konstruksiyaları qəfəsli olmaqla, sahil tərəfdən dənizin və onun sahilində su ilə qurunun təmas xəttinin görünməsini məhdudlaşdırmasın və həmin hasarın və ya tikinti konstruksiyasının sahilboyu uzunluğunun hər 200 metrindən bir dövlət sərhədinin mühafizəsinin təmin olunması məqsədi ilə nəqliyyat vasitələrinin hərəkəti üçün yetərli olan eni 6 metrdən az olmayaraq sahilə birbaşa keçid təmin olunsun.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM