• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Azərbaycanda İİV-ə yoluxanların 70%-i kişilərdir

Azərbaycanda İİV-ə yoluxanların 70%-i kişilərdir
08.08.2024 14:48
Azərbaycanda İİV-ə (İnsanın immunçatışmazlığı virusu) yoluxanların böyük əksəriyyətini 70%-əni kişilər təşkil edir. Bunu Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Günəş Cəfərova deyib. 
 
O bildirib ki, 1987-ci ildən bugünə qədər ölkədə bu virusla yaşayan insanların sayı 9926 nəfərdir. 
 
2024-cü ilin altı ayında Azərbaycanda 736 nəfər İİV-ə (İnsanın immunçatışmazlığı virusu) yoluxub. 
 
Onlardan 723 nəfəri Azərbaycan vətəndaşı, 13 nəfəri isə əcnəbi olub. Azərbaycan vətəndaşları arasında 33 nəfəri (5,4%-i) inyekson narkotik istifadəçiləri olub.
 
Daha çox yoluxma heteroseksual kontakt nəticəsində baş verib ki, onların da sayı 708 nəfərdir. Onlardan da 679 Azərbaycan vətəndaşıdır. Bu xəstəliyə anadangəlmə yoluxanların sayı 5 nəfər təşkil edib.
 
1987-ci ildən 2023-cü ilin sonuna qədər Azərbaycanda 9 258 İİV xəstəsi rəsmi qeydiyyata alınıb. 
 
Yoluxanların  69,5 %-i kişilər, digər faizi isə qadınlardır. 
 
Bundan əvvəl Ümümdünya Səhiyyə Təşkilatı açıqlamasında bildirib ki, qlobal miqyasda 9,2 milyon insanın müalicəyə çıxışı yoxdur, hər gün 1700 insan HİV ilə əlaqəli səbəblərdən ölür. Daha 3500 nəfər yoluxub, onların çoxu statusunu bilmir və ya müalicə almaq imkanı yoxdur.

Aytac 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ-də öldürüldüyü deyilən Azərbaycanlı müğənni sağdır - Yenilənib
Cəmiyyət 21:05
ABŞ-də öldürüldüyü deyilən Azərbaycanlı müğənni sağdır - Yenilənib
ADY və Əfqanıstan rəsmiləri nəqliyyat-logistikada əməkdaşlığı müzakirə ediblər
Cəmiyyət 19:00
ADY və Əfqanıstan rəsmiləri nəqliyyat-logistikada əməkdaşlığı müzakirə ediblər
Beyləqanda iki gün əvvəl kanalda batan gəncin meyiti tapılıb
Cəmiyyət 17:45
Beyləqanda iki gün əvvəl kanalda batan gəncin meyiti tapılıb
Mingəçevirdə Kürdə iki kater toqquşub, yaralılar var - Yenilənib
Cəmiyyət 17:12
Mingəçevirdə Kürdə iki kater toqquşub, yaralılar var - Yenilənib
Bərdədə polis tərəfindən 5 kiloqram narkotik aşkarlanıb
Cəmiyyət 15:06
Bərdədə polis tərəfindən 5 kiloqram narkotik aşkarlanıb
Zaqatalada yol qəzası baş verib, ölən var
Cəmiyyət 14:26
Zaqatalada yol qəzası baş verib, ölən var
Türkiyəyə qar yağıb - Video
Cəmiyyət 13:46
Türkiyəyə qar yağıb - Video
Sabahın hava proqnozu
Cəmiyyət 13:00
Sabahın hava proqnozu
Astarada yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb
Cəmiyyət 12:57
Astarada yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol