Bu ilin 9 ayı ərzində Azərbaycanda 387 nəfər İİV-ə yoluxub.Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupundan APA-ya verilən məlumata görə, onlardan 372-si (96,1%) Azərbaycan vətəndaşı, 15 nəfəri (3,9%) isə əcnəbi vətəndaşdır. Azərbaycanda İİV-infeksiyası epidemiyası əsasən yüksək riskli qrupa aid olan inyeksion narkotik istifadəçiləri arasında yayılıb. İİV-ə yoluxması təsdiq olunmuş 387 nəfərdən 127 nəfər (32,8%) inyeksion yolla İİV-ə yoluxub. Onlardan 99 nəfəri (75%) dispanser qeydiyyatındadır.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !