Azərbaycanda iki əsgər intihara cəhd edib

16:05 | 15.01.2014
Azərbaycanda iki əsgər intihara cəhd edib

Azərbaycanda iki əsgər intihara cəhd edib

Azərbaycan Ordusunun iki gənc əsgəri intihara cəhd edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 12-də Gəncə səhərində yerləşən "N" saylı hərbi hissələrdən birində 2014-cü ilin yanvar ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran şöbəsindən müddətli həqiqi hərbi xidmətə çağırılan, 1995-ci il təvəllüdlü əsgər Əlizadə Rəvan Arif oğlu və 2014-cü ilin yanvar ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami rayonu şöbəsindən müddətli həqiqi hərbi xidmətə çağırılan, 1995-ci il təvəllüdlü əsgər Nəcəfov Nicat Vüqar oğlu özlərinə müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər. Hər iki əsgərə tibb məntəqəsində ilkin yardım göstərilib. 

 

Yanvarın 13-də əsgərlər Bakı şəhərinə gətirilərək Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Psixiatriya bölməsinə yerləşdiriliblər. Əsgərlərin vəziyyəti kafidir. 

Müalicə bitdikdən sonra xəstəlik epikrizi çıxarılacaq. Respublika Baş psixiatrının rəyi alındıqdan sonra, hər iki əsgərin Silahlı Qüvvələrin sıralarında xidmətlərini davam etmələri məsələsi həll ediləcək. 

 

Hadisə ilə bağlı cinayət işi başlanıb. Faktla əlaqədar Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.

 

Mətbuat xidmətindən bildirilib ki, baş verən hadisələrin ilkin araşdırması göstərir ki, əksər hallarda bu cür hərəkətləri adaptasiya dövründə, mənəvi-psixoloji və fiziki cəhətdən hərbi xidmətə tam hazır olmayan, hərbi xidmətin çətinliklərinə dözməyən gənclər törədir.

 

Müdafiə Nazirliyi valideynlərə, təhsil müəssisələrinin pedaqoji kollektivlərinə, ictimaiyyət nümayəndələrinə müraciət edərək həqiqi hərbi xidmətə çağırılan gənclərin Vətənə məhəbbət, xalqa, dövlətə sədaqət ruhunda tərbiyə olunması, onlarda fədakarlıq və qəhrəmanlıq hisslərinin aşılanması, mənəvi-psixoloji cəhətdən hərbi xidmətin çətinliklərinə hazır olmalarına diqqət yetirilməsini xahiş edir. 

APA

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür