Azərbaycanda iki vəzifəyə TƏYİNAT

11:09 | 28.02.2020
Azərbaycanda iki vəzifəyə TƏYİNAT

Azərbaycanda iki vəzifəyə TƏYİNAT

"Azərişıq” ASC-də yenidən kadr dəyişikliyi olub.

Anews.az xəbər verir ki, Araz Məmmədxanov Suraxanı Rayon Enerji Təchizatı və Satış İdarəsinin (RETSİ) istismar şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.

Belə ki, A.Məmmədxanov bu vəzifəyə qədər "Bağlar” Elektrik Şəbəkəsinin istismar şöbəsinin rəisi vəzifəsində çalışıb.

Qısa müddət əvvəl "Azərişıq” daxilində aparılan yerdəyişmə nəticəsində Suraxanı RETSİ-nin istismar şöbəsinin rəisi Vahid Nəzərov "Bağlar” Elektrik Şəbəkəsinin istismar şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

Təyinatlarla bağlı "Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevlə əlaqə saxlamağa çalışsaq da, telefonlarımıza cavab verən olmayıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb