Azərbaycanda ilk dəfə Şuşada tullantılar 4 növdə çeşidlənəcəcək

13:04 | 15.10.2024
Azərbaycanda ilk dəfə Şuşada tullantılar 4 növdə çeşidlənəcəcək

Azərbaycanda ilk dəfə Şuşada tullantılar 4 növdə çeşidlənəcəcək

Azərbaycanda ilk dəfə Şuşada tullantılar 4 növdə çeşidlənəcəcək. Bunu "Təmiz Şəhər” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Orxan Cabbarlı reporta müsahibəsində deyib.

O vurğulayıb ki, tullantıların yığılması məqsədi ilə xüsusi konteynerlər gətirilərək müəyyən olunmuş tullantı meydançalarına yerləşdirilib: "Şuşada pilot olaraq müasir ekoloji və texnoloji yeniliklər nəzərə alınaraq quraşdırılan yeraltı konteynerlər, kağız, şüşə, metal-plastik və qarışıq olmaqla tullantılar 4 növdə çeşidlənəcək. Tullantıların düzgün idarə edilməsi vacib məsələdir”, - o bildirib. 

Prezident İlham Əliyevin 2 iyul 2022-ci il tarixli Fərmanı ilə işğaldan azad olunan bütün ərazilərdə tullantıların idarə olunması "Təmiz Şəhər” ASC-yə tapşırılıb. Cəmiyyət tərəfindən tullantıların yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi ilə bağlı infrastrukturun yaradılması üçün bu bölgədə poliqon yerləri müəyyənləşdirilib, alınan yeni texnikalar və avadanlıqlar həmin ərazilərə göndərilir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM