Azərbaycanda ilk investisiya fondu açıla bilər

18:33 | 28.11.2013
Azərbaycanda ilk investisiya fondu açıla bilər

Azərbaycanda ilk investisiya fondu açıla bilər

Gələn il Azərbaycanda ilk investisiya fondu yaradıla bilər.«APA-Economics»in xəbər verdiyi kimi, bunu Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) Aparat rəhbəri Bəxtiyar Əzizov bildirib. İndiyədək Komitəyə investisiya fondlarının qeydiyyatı ilə bağlı yalnız bir rəsmi müraciət daxil olub və hazırda bu müraciətə baxılır. Eyni zamanda, bir neçə qeyri-rəsmi müraciətlər də edilib ki, bu da QKDK tərəfindən investisiya fondlarının yaradılması sahəsinə marağın böyük olması kimi qiymətləndirilir. Hazırda qeydiyyat üçün müraciət olunan investisiya fondunun idarəedici şirkətinə artıq müvafiq lisenziya verilib. Bu barədə Komitənin lisenziyalaşdırma və nəzarət şöbəsinin müdiri vəzifəsini icra edən Fərid Rəhimli bildirib və qeyd edib ki, investisiya fondunun qeydiyyata alınması prosesi nəzərdə tutulan mərhələlər çərçivəsində aparılır. B.Əzizovun sözlərinə görə, investisiya fondu kollektiv investisiya təşkilatı olduğundan, burada kütləvi investorların maraqlarının müdafiəsi nəzərə alınaraq investisiya fondunun qeydiyyatında ehtiyatlı və diqqətli yanaşma həyata keçirilir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb