Azərbaycanda ilk televiziya yayımından 58 il ötür

09:25 | 14.02.2014
Azərbaycanda ilk televiziya yayımından 58 il ötür

Azərbaycanda ilk televiziya yayımından 58 il ötür

Həmin gün ekranda "Bəxtiyar" bədii filmi nümayiş etdirilibBu gün Azərbaycanda televiziyanın ilk dəfə efir faəliyyətinə başlamasının 58-ci ili tamam olur. Müasir dövrdə həyatımızın ayrılmaz hissəsinə çevrilən televiziya respublikada 1956-cı il fevralın 14-də yayıma başlayıb.İlk veriliş günü ekranda Nəcibə Məlikova görünüb və çıxışına "Göstərir Bakı!" kəlməsi ilə başlayıb. Həmin gün ekranda "Bəxtiyar" bədii filmi nümayiş etdirilib.Əvvəllər yayım yalnız Bakı və Sumqayıtı əhatə edirdi. Bir il sonra -1957-ci ildə televiziyanın əhatə dairəsi genişlənərək Salyan, Quba, Kürdəmir, eləcə də Azərbaycanın digər rayon və şəhərlərində də yayımlandı.Hazırda Azərbaycanın efir məkanında 10 televiziya kanalı, eləcə də 10-dan artıq regional, peyk, kabel və internet televiziyaları fəaliyyət göstərir.Bütün televiziya əməkdaşlarını bu gün münasibətilə təbrik edirik.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM