Azərbaycanda illik inflyasiya açıqlanıb

12:08 | 11.12.2023
Azərbaycanda illik inflyasiya açıqlanıb

Azərbaycanda illik inflyasiya açıqlanıb

2023-cü ilin on bir ayında inflyasiya 109,4% təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. 
 
"Cari ilin  yanvar - noyabrında  istehlak qiymətləri indeksi ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 110,4 %, qeyri-ərzaq məhsulları üzrə 108,9 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 108,6 % təşkil edib", - məlumatda deyilir. 
 
Noyabrda isə istehlak qiymətləri indeksi sentyabrla müqayisədə 99,8 %, ötən ilin oktyabra nisbətən 102,6 % olub.
 
2025-ci ildə Azərbaycan iqtisadiyyatının 2,6 % böyüyəcəyini praqnozlaşdırır.
 
Dünya Bankının məlumatına görə, 2025-ci ildə Azərbaycanda inflyasiya 5,4 % olacağı proqnozlaşdırılır.
 
Dekabrın 5-də Baş nazir Əli Əsədova Milli Məclisdə çıxışı zamanı bildirib ki, 2024-cü il orta illik infilasiya birrəqəmli olacaq. 
 
2023-cü ilin birinci rübündə iqtisadiyyat illik ifadədə 0,4% artıb. İnflyasiya illik ifadədə yüksək, 13,7% səviyəsində qalıb. Mərkəzi Bank uçot dərəcəsini 0,5% azaldaraq 8,5%  səviyyəsinə endirib. 
 
2022-ci ildə Azərbaycanda orta illik inflyasiya 13,9% təşkil edib.
 
Aytac Zeynalova
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM