Azərbaycanda inflyasiya 2023-cü ildə 8%-ə enəcək - Mərkəzi Bank

11:06 | 01.02.2023
Azərbaycan Mərkəzi Bankı 2023-cü ildə illik inflyasiyanın 8%-ə qədər azalacağını proqnozlaşdırır. Bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat verib. 
 
"2022-ci ildə Azərbaycanda illik (12 aylıq) inflyasiya 14,4% təşkil edib. Eyni zamanda, inflyasiya sentyabrda 15,6%-ə çatıb. Ərzaq inflyasiyasının səviyyəsi yüksək olaraq qalır - 2022-ci ilin sonunda 19% olub”, - AMB bildirib. 

Mərkəzi Bank hazırda dünyada geosiyasi vəziyyəti nəzərə alaraq inflyasiya mühiti ilə bağlı qeyri-müəyyənliyin olduğunu vurğlayıb.

"Dekabrda Azərbaycanda ev təsərrüfatları arasında aparılan sorğuya əsasən, inflyasiyanın artımını gözləyənlərin payı 22%-ə qədər artıb. Ümumilikdə, illik inflyasiyanın azalması istiqamətində nəzərəçarpacaq tendensiya var, lakin bu, hələ də proqnozlaşdırılan dəyərdən yüksək olaraq qalır. Yenilənmiş proqnozlarımıza əsasən, 2023-cü ildə baza ssenarisinə əsasən, Azərbaycanda illik inflyasiya 8% diapazonunda olacaq”, - deyə Mərkəzi Bank vurğulayır.

Bank inflyasiyanın azaldılması üçün pul siyasəti çərçivəsində təsirini davam etdirəcəyini qeyd edir.

Azərbaycanda orta illik inflyasiya 2021-ci ildəki 6,7%-ə qarşı 2022-ci ildə 13,9% təşkil edib.  Azərbaycan hökuməti inflyasiyanın artımını dünyada idxalın bahalaşması və ərzaq məhsullarının qiymətinin artması ilə əlaqələndirir.

2023-cü il üçün Azərbaycanda orta illik inflyasiya proqnozu 6,9% təşkil edir.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb