Azərbaycanda çinlinin 39 min manatı oğurlandı

16:04 | 27.12.2013
Azərbaycanda çinlinin 39 min manatı oğurlandı

Azərbaycanda çinlinin 39 min manatı oğurlandı

Azərbaycanda Çin vətəndaşına məxsus şirkətdən külli miqdarda pul oğurlanıb.Nəsimi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə dekabrın 26-da Nəsimi rayonu Ş.Əzizbəyov küçəsində yerləşən “Viraj Avenue” ticarət mərkəzinin 5-ci mərtəbəsində qeydə alınıb. Çin vətəndaşı Çi İyə məxsus “Tiens” dərman şirkətinin baş ofisində olan seyfin qapısını sındırmaq yolu ilə 39 min manat pul oğurlanıb. Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törədən, oranın işçisi, Xırdalan şəhər sakini Ziya Manafov tutulub. Faktla bağlı araşdırmalar davam etdirilir. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM