Azərbaycanda insandan böyük ilan tutuldu - Bu ərazidə sayıları artır - FOTO

13:35 | 27.05.2020
Azərbaycanda insandan böyük ilan tutuldu - Bu ərazidə sayıları artır - FOTO

Azərbaycanda insandan böyük ilan tutuldu - Bu ərazidə sayıları artır - FOTO

Ucar rayonunun Yuxarı Şilyan kəndinin sakinləri Küdürü adlanan ərazidə nəhəng gürzə ilanı öldürüblər. 

Anews.az APA-ya istinadən xəbər verir ki, ilanın uzunluğu təxminən 2 metr olub. Bildirilir ki, Küdürüdə (quraq ərazi) gürzə ilanlarının bir neçə növü yaşayır. Sovetlər dönəmində bu ərazi ilantutanların sevimli məkanı olub. Hətta Yuxarı Şilyan kənd sakinlərinin bəziləri xidmət haqqı almaqla, gürzə ilanlarını ovlayırlarmış. Bu, gürzə ilanların saylarının kəskin artmasının qarşısını alırmış. Lakin sonradan ilançılıq sovxozlarının dağılması vəziyyəti dəyişib. Hazırda ərazidə ilanlarının sayının artdığı bildirilir.

Qeyd edək ki, gürzə ilanları əsasən, dovşan balaları və müxtəlif gəmiricilərlə qidalanır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb