Havanın temperaturu dəyişir, külək güclənəcək - XƏBƏRDARLIQ

17:32 | 06.12.2023
Havanın temperaturu dəyişir, külək güclənəcək - XƏBƏRDARLIQ

Havanın temperaturu dəyişir, külək güclənəcək - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında dekabrın 7-də arabir yağış yağacağı gözlənilir, yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var.

Milli Hidrometeorologiya Xidmətindən "Report”a verilən məlumata görə, Azərbaycanın rayonlarında dekabrın 7-si axşamadək qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var.

Qərb küləyi bəzi yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM