Azərbaycanda internet bankçılıq populyarlaşır

16:36 | 01.02.2023
Azərbaycanda internet bankçılıq populyarlaşır

Azərbaycanda internet bankçılıq populyarlaşır

Azərbaycanda 2022-ci ildə internet bankçılıq vasitəsilə aparılan əməliyyatların sayı təxminən 1,7 dəfə artıb. Bu barədə Mərkəzi Bankın baş direktoru Fərid Osmanov bildirib. 
 
Onun sözlərinə görə,  2022-ci ildə Azərbaycanda internet bankçılıq vasitəsilə 211 milyard manatlıq əməliyyat həyata keçirilib.

"2022-ci ilin yekunlarına görə,  internet bankçılıqda ödəniş əməliyyatlarının sayında artım 66%, əməliyyatların həcmi - 50%, əməliyyatların məbləği - 211 milyard manat təşkil edib", - Osmanov çərşənbə günü uçot dərəcəsinin elan edilməsinə həsr edilən mətbuat konfransında bildirib.

O qeyd edib ki, ötən il mobil bankçılıqda da artım müşahidə olunub. O cümlədən, əməliyyatların sayı 3 dəfə, əməliyyatların həcmi 2,9 dəfə artaraq 12 milyard manata çatıb.

Baş direktorun sözlərinə görə, bu göstəricilərin artması ölkə vətəndaşlarının bu vasitələrdən fəal istifadə etməsindən xəbər verir.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM