Azərbaycanda son günlər internetdə kəsilmələr müşahidə olunur. “Qafqazinfo” xəbər verir ki, təxminən son on gün ərzində demək olar ki bütün provayderlərdən internetə qoşulmada fasilələr yaranır. Problem bu gün özünün daha ciddi şəkildə göstərib. Belə ki, yarım saat əvvəl bütün provayderlərdən internetə giriş kəsilib. Təxminən 10 dəqiqə ərzində yaranmış fasilə hazırda aradan qaldırılsa da, internetin sürətindəki ağırlıq hələ də qalmaqdadır. Problemin nədən qaynaqlandığı haqda heç bir açıqlama verilməsə də, əldə etdiyimiz məlumatlara görə Azərbaycanın xaricə internet çıxış xətlərində zədələr var. Məsələ ilə bağlı “Qafqazinfo” Rabitə və Yüksək Texnoligiyalar Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Müşfiq Əmirovla əlaqə saxlayıb.M. Əmirov bildirib ki, Nazirlik məsələdən xəbərdardır: “ Yaranmış problem provayderlərlə bağlı olub. Bu bir -iki dəqiqə çəkib. Hazırda problem aradan qaldırılıb”.Qeyd edək ki, internetin kəsilməsi sosial şəbəkə istifadəçilərinin də narahatlığına səbəb olub və onlar bu barədə fikirlərini şəbəkədə paylaşıblar.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !