Azərbaycanda intiharlar: kimdir günahkar və nə etməli? - KÖŞƏ

15:35 | 28.01.2014
Azərbaycanda intiharlar: kimdir günahkar və nə etməli? - KÖŞƏ

Azərbaycanda intiharlar: kimdir günahkar və nə etməli? - KÖŞƏ

Çinarə QuliyevaYeni-yeni həyata atılan gəncin, ailənin möhtərəm anasının və bank işçisinin hansı ümumi cəhəti ola bilər? Onları bir şey birləşdirir - intihar.Bəli, elə gün yoxdur ki, növbəti intihar xəbərini eşitməyək. Rəsmi statistikaya əsasən, hər il dünyada bir milyon insan intihar edir. Azərbaycan intihar faktlarının az olduğu ölkələr siyahısındadır. Bəzi məlumatlara görə, siyahıda belə mövqe tutmağımızın səbəbi ölkəmizdə bununla bağlı statistikanın aparılmamasıdır.  İnsanları intihar etməyə vadar edən nədir?S. kifayət qədər yaşa dolub.  O, tək deyildi. 3 oğlu var və onlar da ailəlidir. Evin ağsaqqalı və 3 ailə üçotaqlı evdə yaşayır. Darısqallığı təsəvvür eləmək o qədər də çətin deyil. Amma bu, ailədə hər hansı bədbəxt hadisənin olacağını müjdələməməlidirdi. Günlərin bir günü S. eyvanda siqaret çəkir, sonra ayağa qalxıb özünü səkkizinci mərtəbədən aşağı tullayır. İntihar hadisəsindən sonra qonşular yaşlı kişinin öz oğullarını əziyyətə salmamaqçün belə etdiyini danışırlar.Ehtimal var ki, indiki halda intiharın səbəbi depressiyadır. Yaşlı insanlar pensiyaya çıxdıqdan sonra buna çətin uyğunlaşırlar, onlar heç kimə gərək olmadıqlarını, yalnız başqalarına mane olduqlarını düşünürlər. Fransız sosioloqu Dyurkqeym sübut edib ki, intiharların miqdarı onunla bağlıdır ki, nə qədər insan cəmiyyətə cəlb olunub? İnsanlar nə qədər özünü qrupun üzvü kimi hiss edir? Depressiyadan yalnız yaşlı insanlar deyil, həm də orta yaşlı və hətta kifayət qədər gənc adamlar əziyyət çəkir. Qəlbən çəkdikləri iztirablar, heç nəyin dəyişməyəcəyinə olan inam, bəzən onları uçurumun kənarına itələyir.İntiharın başqa bir səbəbi psixoloji zorakılıqdır. Məsələn, gənc qızlar daha çox evliliklə bağlı valideynlərin onların seçiminə müdaxilə etməsinə intihar etməklə etiraz bildirirlər. Kənardan baxdıqda bu kimi problemin həllinin mümkünlüyü haqda düşünmək olar, ancaq ağır və ruhsarsıdıcı vəziyyətdə gənc qızlar bu çıxış yollarını görməyə bilər. Bir çoxları N.-i tamamilə sağlam qız kimi tanıyırdı. Sonra ona şizofreniya diaqnozu qoyulur. O, belə bir dərdlə üzləşməyindən dəhşətə gəlir və qərara alır  ki, özünə qəsd etmək daha yaxşıdır, nəinki belə xəstəliklə yaşamaq. Xoşbəxtlikdən, onu vaxtında xilas edə bilirlər.Tədqiqatlara əsasən, psixi xəstəliklər tez-tez intiharların səbəbi olur. Hesablamalara görə, 9-24 faziə qədər şizofreniya xəstəsi intihar etməklə həyatdan gedirlər. Həmçinin, alkoqolizm və narkomaniya intihar ehtimalını yüksəldir.R. öz sevgilisini itirib. Bu faciəli hadisədən sonra o, yuxuda tez-tez sevgilisini görürdü. R.-ə elə gəlirdi ki, sevgilisi onu çağırır. O, bütün dostlarına intihar edəcəyini və bunun nə vaxt həyata keçəcəyini deyib. Onun sözlərini ciddi olaraq qəbul etmirlər. R. intihar gününə qabaqcadan hazırlaşır və təyin edilmiş gündə özünə qəsd edir.Yadda saxlamaq lazımdır ki, intihar edənlərin təxminən 75 faizi öz niyyəti haqqında açıq şəkildə və ya naməlum siqnallar ötürür. Mümkün ola biləcək intiharın əlamətləri bunlardır:1. İntihar fikirlərinin mövcudluğu, ümidsizlik hissi, şəxsi ölüm mövzusunda fantaziyalar.2. Öz işlərini qaydaya salmaq, qiymətli əşyaların paylanması, onların qablaşdırılması.3. Vidalaşma. Bu, müxtəlif şəxslərə bu və ya digər bir hərəkətə görə təşəkkür formasında və ya başqa bir formada ola bilər.4. Enerjinin axması. Əgər özünü öldürmək qərarı qəti olaraq qəbul edilmişdirsə və plan təşkil olunmuşdursa, bu mövzuda fikirlər daha əzab vermir. Zahirən insan rahatlaşır – və ilk baxışda əsassız görünən enerji axması depressiyadan daha təhlükəli ola bilər.5. Özünə qəsd etməklə bağlı şifahi və ya yazılı göstərişlər, təhdidlər. Hətta əgər bu, zarafatcıl tonda deyilmişdisə də, buna diqqətlə yanaşmaq lazımdır, xüsusilə də əgər söhbət yeniyetmələrdən gedirsə.6. Özünü əhatədə olan insanlardan təcridetmə.7. İmpulsivlik, təhlükəli davranış, qəzəb partlayışları.8. Yaxın insanı itirmək. Evin itirilməsi.9. Yuxusuzluq.10. Həddən artıq alkoqol və narkotik qəbul edilməsi.11. Doğumdan sonrakı depressiya da həmçinin impulsiv intihara səbəbi ola bilər, bunu da nəzərdən qaçırmaq olmaz.Yaxın adamlarınızdan birində bu əlamətləri gördüyünüz halda, nə etməli?Dinləyin. Ümumi sözlərlə təsəlli verməyə çalışmayın - "Axı hər şey o qədər də pis deyil", "Siz özünüzü yaxşı hiss edəcəksiniz", "Belə etmək lazım deyil". İntihar etmək fikrinə düşən adama öz düşüncələrini bildirməyə imkan yaradılmalıdır, ona diqqətlə qulaq asılmalıdır. Suallar vermək, təşəbbüsü ələ almaq, qarşıdakı-intihar düşüncəsində olan adamı daha çox danışdırmaq, dinləmək lazımdır.Müzakirə edin. Planların və problemlərin açıq müzakirəsi həyəcanlılığı aşağı salır. Bəzi insanlar bu söhbətdən qaçmağa çalışırlar. Ancaq bu barədə danışmaqdan çəkinməyin – belə danışıqlar intihara təhrik edə bilməz, ancaq susmaq özünütəcridi gücləndirəcək. Əgər sizin dostunuz və ya sevimli insanınız depressiyadadırsa, ondan intihar etmək fikrinin olub-olmaması, buna dair planı varmı-yoxmu soruşmağa utanmayın.Bu problemin müvəqqəti olduğunu deyin – bununla belə, bu problemin həllində ona necə kömək edə biləcəyinizi deyin. Yaxın adamınızı intihar fikrindən daşındırmağa çalışmayın. Bunun əvəzinə ona imkan verin, qoy özü anlasın ki, siz onun qayğısına qalırsınız, o, tək olmadığını hiss etsin, başa salın ki, intihar əhval-ruhiyyəsi müvəqqətidir, depressiyanı sağaltmaq mümkündür və problemlər həll etmək olar. Həddən artıq duyğusal danışmaqdan çəkinin: "Uğrunda yaşamalı olduğun o qədər şey var ki" və ya "sənin intihar etməyin ailə üzvlərinə böyük zərbə vurar".Peşəkar kömək axtarın – düşünməyin ki, hər şey keçib gedəcək. Əgər sizin qayğı göstərdiyiniz insana tibbi yardım lazımdırsa, o, bunu yalnız onu dinlədiyiniz halda qəbul edəcək. Öz yaxınınızı təcili peşəkar terapevt və ya psixoloji kömək prosesinə cəlb edin. İntiharı etmək fikrində olan insanlar çox vaxt inanmırlar ki, onlara kömək edə bilərlər, buna görə də bunu inandırmaqda əziyyət çəkməli olacaqsınız.Kəskin böhran vaxtı təcili yardım çağırın və ya həmin insanı ona kömək edə biləcək mütəxəssislərin yanına aparın – psixoloqlar və psixiatrlar. Ona kömək olunmayana kimi onu tək buraxmayın, odlu silahı, dərmanları və kəskin predmetləri onun gözündən uzaq saxlayın.Məqalənin hazırlanmasında Yuliya Lokkovanın saytındakı materiallardan istifadə edilib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM