Belə ki, 16 GB yaddaşlı "iPhone 6”-nın qiyməti əvvəlki 39 990 rubldan (539 manat) 53 990 (728 manat) rubladək bahalaşıb. Smartfonun 128 GB-lik versiyası isə 17 min rubl bahalaşıb – qiymət 52 900 rubldan (714 manat) 69 990 rubladək (944 manat) yüksəlib.
Eyni zamanda, "iPhone 6 Plus” modeli (16 GB yaddaşa malik) əvvəlki 46 990 (634 manat) rublun əvəzinə 61 990 (836 manat) rubla satılır. Smartfonun 128 GB-lik versiyasının qiyməti isə əvvəlki 58 990 rublun (796 manat) əvəzinə 77 990 rubla (1052 manat) satılır.
Ən bahalı iPad 2 Air planşetinin qiyməti əvvəlki 46 990 rubldan (634 manat) 52 490 (708 manat) rubladək bahalaşıb.
Bəs qonşu ölkədə Apple şirkətinin məhsullarının qiymət artımı Azərbaycana da təsir edə bilərmi?
Bu sualla Apple şirkətinin Azərbaycandakı rəsmi distribüteri Almastore mağazalar şəbəkəsinə müraciət etdik.
Oxu.Az-ın sorğusunu cavablandıran şirkətin marketinq meneceri İlahə Əliyevanın sözlərinə görə, Rusiyada baş verən proseslər Azərbaycanda Apple şirkətinin məhsullarının qiymətinə heç bir təsir göstərməyəcək.
Eyni zamanda, diqqəti çəkən digər bir məqam isə ondan ibarətdir ki, Rusiyada hətta bu qədər yüksək qiymət artımından sonra Apple-in "iPhone 6” və "iPhone 6 Plus” smartfonlarının qiyməti heç bir qiymət artımının baş vermədiyi Azərbaycandan ucuzdur.
Belə ki, Azərbaycanda əksəriyyət telefon satışı mağazalarında 16 GB-lik ən sadə "iPhone 6”-nın qiyməti 799 manat təşkil edir (Rusiyada əvvəllər 528 manat, qiymət artımından sonra 728 manat), "iPhone 6 Plus” (16 GB-lik) modelin qiyməti isə Bakıda 899 manat (Rusiyada əvvəllər 634 manat, indi 834 manat) təşkil edir.
Nəzərə alsaq ki, Rusiyada yüksək qiymət artımı bu ölkənin milli valyutasının dəyərdən düşməsi ilə əlaqədardır, Azərbaycan manatı məzənnədə rus rublu və hətta ABŞ dollarından bahadır, o zaman Apple şirkətinin məhsulları ölkəmizdə daha ucuz olmalı idi.
Apple-in Azərbaycandakı rəsmi distribüteri isə qiymətlərdəki fərqlə bağlı belə şərh verdilər:
"Qiymətlərdə fərq o qədər də hiss olunmur”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !