Azərbaycanda iqtisadiyyat dollarlaşır

13:30 | 19.04.2015
Azərbaycanda iqtisadiyyat  dollarlaşır

Azərbaycanda iqtisadiyyat dollarlaşır

Azərbaycan manatından pulun çox vacib keyfiyyətlərindən biri olan investisiya kimi tam istifadə olunmur. Bunu Trend-ə Bakı Banklararası Valyuta Birjasının rəhbəri Fərhad Əmirbəyov deyib.

Onun sözlərinə görə, Azərbaycanda davam edən iqtisadiyyatın dollarlaşması məhz bundan xəbər verir.

F.Əmirbəyov qeyd edib ki, Azərbaycanda milli valyutanın devalvasiyasının xarici ilə yanaşı, daxili faktorları da var: "Məsələ burasındadır ki, azalan neft gəlirlərini kompensasiya edə biləcək qeyri-neft iqtisadiyyatını yaratmağa macal tapmadıq. Zənnimcə, bu, əsas amil deyil".

Dünya iqtisadiyyatındakı vəziyyətə toxunan valyuta birjasının rəhbəri əlavə edib ki, qlobal iqtisadi böhran bundan sonra da davam edəcək.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM