Azərbaycanda iri elektrostansiya yaranacaq

14:48 | 06.03.2014
Azərbaycanda iri elektrostansiya yaranacaq

Azərbaycanda iri elektrostansiya yaranacaq

2014-cü ilin sonuna qədər Azərbaycanda iri elektrostansiya istismara veriləcək.Oxu.Az 1news.az-a istinadən bildirir ki, bu haqda məlumatı “Azərenerji” ASC-nin başçısı Etibar Pirverdiyev verib.Onun sözlərinə görə, 2014-cü ildə “Şimal-2” elektrostansiyasının istismara verilməsi planlaşdırılıb.Hal-hazırda “Şimal” elektrostansiyasında Mitsui/Mitsubishi alyansı tərəfindən Yaponiyanın  beynəlxalq əməkdaşlıq bankının (JİBİC) verdiyi kredit ilə quraşdırılmış, 400 MVt gücündə bir buxar qaz qurğusu (BQQ) işləyir.  “Şimal-2” layihəsi çərçivəsində dörd ədəd 220 kV elektroötürücü xəttin və 220/11o kV yardımçı stansiyanın tikilməsi təklif edilib.Bundan sonra isə Abşeron rayonu və eləcə də Bakı şəhərinin enerji təminatı üçün dairəvi sxemi yaradılacaq.İkinci 400 MVt gücündə olan BQQ-nin tikintisini JİBİC maliyyələşdirir. Kreditin həcmi 29,28 milyard yapon iyenidir. Kredit Azərbaycana 10 illik 0,75% imtiyaz dövrü ilə 40 il müddətinə verilib. Layihənin məsləhətçisi TEPSKO (Yaponiya) və Enprima (Finlandiya) şirkətləri alyansıdır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM