Azərbaycanda iri enerji layihəsi istismara veriləcək

21:50 | 20.10.2014
Azərbaycanda iri enerji layihəsi istismara veriləcək

Azərbaycanda iri enerji layihəsi istismara veriləcək

"Azərenerji" ASC 2015-ci ilin birinci yarısında Abşeron yarımadasının enerji təchizatında mühüm yer tutacaq “Şimal” elektrik stansiyasında ikinci qaz-buxar qurğusunu istismara verəcək.Trend xəbər verir ki, bu barədə bazar ertəsi ASC-nin rəhbəri Etibar Pirverdiyev Energetiklər Gününə həsr edilmiş tədbirdə bildirib: "Yeni qurğunun tikintisi işləri davam edir və gələn ilin iyun ayına kimi qurğu işə salınacaq”.Onun sözlərinə görə, son illər ərzində 10 min kilometrdən artıq elektrik xətti, 1500-dən artıq yarımstansiya, 7-8 kiçik su elektrik stansiyası təmir olunub və tikilib: "Kiçik su elektrik stansiyalarının tikintisi işləri davam edir və yaxın vaxtlarda daha bir neçə belə obyekt istismara veriləcək”.Hazırda Azərbaycanda elektrik enerjisi potensialının əsasını 14 istilik və 10 su elektrik stansiyası təşkil edir."Azərenerji" ASC Azərbaycanda elektrik enerjisinin əsas istehsalçısıdır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb