Azərbaycanda işçilər ən çox hansı sahələrdə işləyirlər? - Siyahı

15:31 | 19.05.2023
Bu ilin yanvar-martında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 142,4 saat təşkil edib.

Yeniavaz.com-un məlumatına görə, açıqlanan rəsmi statistikaya istinadən ötən ilin analoji dövrü ilə müqayisədə işçilərin iş saatının miqdarı artıb.

Belə ki, ötən ilin yanvar-mart aylarında Azərbaycanda işçilərin orta aylıq işlənmiş iş saatlarının miqdarı builki göstəricidən 0,1 saat az olub.

Azərbaycanda ən çox işləyənlər ticarət və nəqliyyat vasitələrinin təmiri sahələrində çalışanlardır. Qeyd etdiyimiz sahənin işçiləri ay ərzində orta hesabla 148,3 saat işləyirlər ki, bu da ötən illə müqayisədə 0,2 saat çoxdur.

Ən az işləyənlər isə daşınmaz əmlakla əlaqədar əməliyyatlarda çalışanlardır. Bu sahədə çalışanlar ay ərzində 136,6 saat işləyiblər və bu da ötən ilin analoji dövrü ilə müqayisədə 1,6 saat az olub.

Digər sahələrdə isə ay ərzində iş saatlarının miqdarı belə olub.
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb