Azərbaycanda işə götürənlər hazırlanacaq

15:23 | 09.12.2013
Azərbaycanda işə götürənlər hazırlanacaq

Azərbaycanda işə götürənlər hazırlanacaq

Azərbaycanda peşə təhsili müəssisələrində mürəkkəb peşələr üzrə kadr hazırlığının aparılmasına üstünlük veriləcək. ANS PRESS-in verdiyi məlumata görə bu barədə Təhsil Nazirliyinin Peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov jurnalistlərə açıqlama deyib. Onun sözlərinə görə, hazırda əmək bazarında bir çox peşələr üzrə işlədikdə təhsil sənədi tələb olunmur. Namiq Məmmədov həçinin qeyd edib ki, Təhsil Nazirliyi tərəfindən Azərbaycanda əmək qanunvericiliyinə bəzi dəyişikliklərin edilməsi üçün təkliflər paketi hazırlanıb. Namiq Məmədov işçi ilə yanaşı gələcəyin işə götürənlərini də hazırlamağın vacibliyini vurğulayıb. “Qısa və ya uzunmüddətli olmasından asılı olmayaraq işçi hazırlıq keçməlidir. Bu gün peşə təhsili ilə bağlı olan xidmətlərin keyfiyyətinin artırılması zəruridir".ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti