"Marja”nın məlumatına görə, bunu III Beynəlxalq "Caspian Energy Forum-2015”də çıxışı zamanı "Azersun Holdinq”in Müşahidə Şurasının sədri Abdolbari Goozal deyib.
"İşçilərə görə tətbiq edilən vergilər yüngül olmalıdır ki, vergidən yayınmalar azalsın. Hansı ölkə vergini azaldırsa, onun topladığı vergilər, vergiləri azaltmayan ölkələr ilə müqayisədə dəfələrlə çox olur. Azərbaycanda işçi çalışdırmağın yükü çox ağırdır. İşçiyə görə işverən üzərindəki yüklər yüngülləşdirilməlidir ki, hər şey rəsmiyyətə doğru getsin. Əks halda şirkətlər xərclərini azaltmaq üçün işçiləri çıxartmağa başlaya bilərlər”.
Abdolbari Goozal qeyd edib ki, istehsalçı şirkətlərin idxal etdikləri xammala tətbiq edilən gömrük rüsumları da aşağı salınmalıdır:
"İstehsalçılar tezliklə dövlətdən təşviqlər gözləyir. Biz bu gün dişimizi sıxıb durmuşuq. Dövlətdən dəstək alarıqsa cəsarətlənərik. Dövlət paketləmə daxil sənayeni təşviq etməlidir”.
AZERSUN QİYMƏTLƏRİ XIRDA-XIRDA ARTIRACAQ
Abdolbari Goozal qeyd edib ki, devalvasiyadan sonra Azersun Holdinq qiymətləri artırmayıb. Lakin gələcəkdə qiymətlərin artırılması qaçılmazdır:
"Azersunun istehsal etdiyi məhsulların xammalının orta hesabla 50%-i xaricdən idxal olunur. Digər 50% isə daxil imkanlar hesabına təmin olunur. 35% olan devalvasiyanın yarısı qədər, yəni təxminən 17-20% bizə təsir göstərir. Hazırda əlimizdə xammal ehtiyatlarımız var. Onları "əridəndən” sonra yavaş-yavaş qiymətləri artırmağa başlayacağıq. Bu təbii prosesdir”.
Holdinqin Müşahidə Şurasının sədri bildirib ki, qiymətlərin dövlət tərəfindən artırılmasına imkan verilməməsi uzun çəkə bilməz:
"Mətbuat da yaxşı məlumatlanmalıdır ki, çomaq zoru ilə malları ucuzlaşdırmaq olmaz. Bu çox getməyəcək. Bunu ruslar etdilər. Olmaz! Bu sərbəst iqtisadiyyatdır. Ən doğrusu, əhalinin və iş adamlarının işləməsi üçün əlavə şərait yaradılmalıdır. Əhali işlədikcə pulu çoxalacaqdır və həmin pul bütün ölkəyə yayılacaqdır”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !