Azərbaycanda islam bankçılığının tətbiqi istənilir

11:36 | 19.02.2015
Azərbaycanda islam bankçılığının tətbiqi istənilir

Azərbaycanda islam bankçılığının tətbiqi istənilir

Bakıda artıq 4-cü aydır ki, bu tip konfranslar keçirir, amma islam maliyyəsi ilə bağlı Mərkəzi Bank tərəfindən həyata keçirilən işlərin şahidi olmuruq.

Oxu.Az xəbər verir ki, bu sözləri islam maliyyəsi üzrə Bakıda keçirilən beynəlxalq konfransda deputat Vahid Əhmədov bildirib.

Bu sistemin ölkə üçün vacibliyindən danışan deputat bildirib ki, "bu gün bu bank sisteminin  problemləri var”:

"O cümlədən də cəmiyyət bu sistemi dərin anlamır deyə, onu ölkəmizdə tətbiq etmək çətindir. İslam bankçılığı sələmsiz sistemdir, buna görə bank sistemi təmiz işləməlidir”.

Bir müddət əvvəl Azərbaycanda islam bankçılığı şərtləri ilə fəaliyyət göstərən İran bankından (Bank Melli İran - red.) danışan deputat bildirib ki, "sonra həmin bankın əyrintilərə yol verdiyi məlum oldu”:

"Buna görə də həmi bankın fəaliyyəti dayandırıldı. Bu sistemin ölkəmizdə tətbiqinin tərəfdarıyam”, - deyə deputat bildirdi.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM