Azərbaycanda işləməsinə icazə verilən əcnəbilərin sayı məlum oldu

14:20 | 12.04.2017
Azərbaycanda işləməsinə icazə verilən əcnəbilərin sayı məlum oldu

Azərbaycanda işləməsinə icazə verilən əcnəbilərin sayı məlum oldu

"Azərbaycana daimi yaşamaq üçün gələnlərin sayı ölkədən gedənlərin sayını 2015-ci ildə 68,7% üstələməklə miqrasiya saldosu müsbət 1,1 min nəfər, 2016-cı ildə isə 88,2% üstələməklə miqrasiya saldosu müsbət 1,5 min nəfər təşkil edib”.

ANN.Az xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov nazirlikdə Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprak ilə keçirilən görüşdə bildirib.

"Hətta dünya iqtisadiyyatında çətinliklərin yaşandığı bir dövrdə belə inkişafını davam etdirən, davamlı ictimai-siyasi sabitliyin, tolerantlıq mühitinin mövcud olduğu Azərbaycan əcnəbi işçi qüvvəsi üçün cəlbedici ölkədir”, - deyə nazir sözlərinə əlavə edib.

S.Müslümov qeyd edib ki, cari ilin ilk rübündə 2456 nəfər əcnəbiyə iş icazəsinə rəy verilməsi üçün Dövlət Miqrasiya Xidməti tərəfindən nazirliyə daxil olmuş müraciətlərə baxılıb. 

Onlardan 47,5%-i və ya 1166 nəfəri ilə bağlı müsbət rəy verilib, o cümlədən 630 nəfərə iş icazəsi verilməsi, 536 nəfərin isə iş icazələrinin müddətlərinin uzadılması məqsədəuyğun hesab edilib. 

Müsbət rəy verilmiş əcnəbilərin əsasən mədənçıxarma, tikinti və emal sənayesi sahələrində işə cəlb olunması nəzərdə tutulub”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM