Azərbaycanda işıq pulu artırılır?

16:25 | 05.03.2014
Azərbaycanda işıq pulu artırılır?

Azərbaycanda işıq pulu artırılır?

Azərbaycan, Gürcüstan və Türkiyə arasında elektrik enerjisinin paralel ötürülməsini tutan enerji körpüsü layihəsi artıq bu il ərzində işə salınacaq.Bunu jurnalistlərə açıqlamasında "Azərenerji" ASC-nin sədri Etibar Pirverdiyev bildirib.Onun sözlərinə görə, Mingəçevir şəhərindən Gürcüstan sərhədinədək və Gürcüstanda elektrik ötürücü xətlər artıq tam hazır vəziyyətə gətirilib: "Hazırda Gürcüstan-Türkiyə sərhədində işlər aparılır. Fikrimcə, yaxın vaxtlarda bu xətt işə salınacaq".E.Pirverdiyev Azərbaycanda elektrik enerjisinin qiymətinin artması məsələsinə də münasibət bildirib. O qeyd edib ki, "Azərenerji" tərəfindən bününla bağlı Tarif Şurasına təklif təqdim olunmayıb.//APA
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM