• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

Azərbaycanda İsraillə bağlı yeni layihə – FOTOLAR

Azərbaycanda İsraillə bağlı yeni layihə – FOTOLAR
29.05.2020 10:53

Azərbaycan Dillər Universitetində (ADU) "yahudi.az" saytının təqdimatı keçirilib.ANN.Az-ın məlumatına görə, ADU-da fəaliyyət göstərən İsrail Mərkəzinin nümayəndəsi Emiliya Rzayeva Mərkəz haqqında qonaqlara məlumat verib. O bildirib ki, mərkəz 2008-ci ildə İsrailin Azərbaycandakı səfirliyinin dəstəyi ilə yaradılıb və hazırda səfirliklə sıx əlaqə saxlayır. Mərkəzin kitabxanasında hər sahəyə aid 2 mindən çox kitab var."yahudi.az" saytının qurucusu Murad Salmanov bildirib ki, saytın məqsədi Azərbaycan dilində yahudi xalqı və onun tarixi, dili haqqında oxuculara məlumat verməkdir. Bakı Dövlət Universitetinin (BDU) və ADU-nun İsrailşünaslıq fakultəsində oxuyan tələbələr də araşdırma və məqalələrini bu sayta göndərə bilərlər.Sonra saytın qurulmasında yaxından iştirak etmiş Azərbaycan Reqbi Federasiyasının nümayəndəsi, Qarabağ veteranı Emil Əliyev saytın yaranan gündən ona olan maraqdan danışıb. O bildirib ki, Azərbaycan-İsrail münasibətlərindən narahat olan qüvvələr var və onların yalan məlumatlarına qarşı həqiqətləri yaymaqda davam edəcəklər.İsrail səfirinin köməkçisi Ronen Krausz bu saytın İsrail və Azərbaycan arasındakı əlaqələrin möhkəmləndrilməsində mühüm rol oynayacağını bildirib. O, İsrail və Azərbaycan arasındakı münasibətlərdən danışıb və deyib ki, yaxın vaxtlarda diplomatik pasportu olan Azərbaycan vətəndaşları İsrailə vizasız gedə biləcəklər.Tədbirdə Azərbaycan Yəhudiləri İcmasının sədri Milek Yevdayev çıxış edərək Azərbaycanda yəhudilərin məskunlaşmasından və Azərbaycan xalqı ilə həmrəyliyindən danışıb. Bildirib ki, heç bir qüvvə iki xalqın həmrəyliyini poza bilməz. İsrailə səfəri zamanı Azərbaycana olan yüksək səviyyəli münasibətin göstəricilərindən bəhs edən icma sədri özlərini azərbaycanlı olaraq tanıtdıqlarını diqqətə çatdırıb. O, xüsusilə qeyd edib ki, dünyanın heç bir ölkəsində prezidentin və birinci xanımın himayəsi ilə sineqoqların fəaliyyətə başladığına rast gəlinmədiyini bildirib.Sonda Azərbaycan-İsrail Beynəlxalq Assosiyası idarə heyətinin üzvü Arye Gut çıxış edərək İsraildə Azərbaycanla bağlı aparılan işlərdən danışıb. O bildirib ki, Azərbaycanın İsraildə səfirliyi olmadığına görə, məsuliyyətlərinin daha böyük olduğunu diqqətə çatdırıb. Yaxın günlərdə Heydər Əliyev fondunun dəstəyi ilə İsraildə Azərbaycanın müstəqillik günü ilə bağlı tədbirlərin keçiriləcəyini bildirib.SeymurANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident “Azərişıq” ASC-nin "Xocalı" yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib
Siyasət 14:44
Prezident “Azərişıq” ASC-nin "Xocalı" yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib
Prezident yeni seçilən Roma Papasını təbrik edib
Siyasət 11:00
Prezident yeni seçilən Roma Papasını təbrik edib
MSK nümayəndə heyəti Albaniyada parlament seçkilərini müşahidə edəcək
Siyasət 10:47
MSK nümayəndə heyəti Albaniyada parlament seçkilərini müşahidə edəcək
Prezident və xanımı Heydər Əliyevin məzarını ziyarət ediblər
Siyasət 09:57
Prezident və xanımı Heydər Əliyevin məzarını ziyarət ediblər
Anqola lideri İlham Əliyevə zəng edib
Siyasət 09:03
Anqola lideri İlham Əliyevə zəng edib
Prezident Qələbə Günü münasibətilə paylaşım edib
Siyasət 00:07
Prezident Qələbə Günü münasibətilə paylaşım edib
BƏƏ Prezidenti İlham Əliyevə zəng edib
Siyasət 22:39
BƏƏ Prezidenti İlham Əliyevə zəng edib
Ceyhun Bayramov türkmənistanlı həmkarı ilə telefonla danışıb
Siyasət 21:54
Ceyhun Bayramov türkmənistanlı həmkarı ilə telefonla danışıb
Azərbaycanla Estoniya arasında konsulluq məsləhətləşmələri keçirilib
Siyasət 20:59
Azərbaycanla Estoniya arasında konsulluq məsləhətləşmələri keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol