Azərbaycanda işsiz qadınların sayı açıqlandı

17:32 | 24.12.2013
Azərbaycanda işsiz qadınların sayı açıqlandı

Azərbaycanda işsiz qadınların sayı açıqlandı

İşsizliyə görə müavinətin orta məbləği 258,0 manat olub.Bu il dekabrın 1-nə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4753,5 min nəfər olub, onlardan 4516,6 min nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil edib.ANN.Az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu il noyabrın 1-nə ölkədə muzdla işləyənlərin sayı 1505,6 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət bölməsində  901,8 min nəfər, qeyri-dövlət bölməsində isə 603,8 min nəfər təşkil edib. İqtisadiyyatın neft sektorunda 37,6 min nəfər, qeyri-neft sektorunda isə 1468,0 min nəfər çalışıb. Muzdla işləyənlərin tərkibində qeyri-kənd təsərrüfatı sahəsində əmək fəaliyyəti ilə məşğul olanlar 1462,8 min nəfər təşkil edib.Bu il dekabrın 1-nə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 36,5 min nəfər olub, onların 41,4%-ni qadınlar təşkil edib. İşsizliyə görə müavinətin orta məbləği 258,0 manat olub. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM