"Azərbaycanda işsizlər yenidən sayılsın" - DEPUTATDAN TƏKLİF

12:26 | 31.05.2020

"Azərbaycanda işsizlər yenidən sayılsın" - DEPUTATDAN TƏKLİF

"İşsizlərin rəsmi statistikasının hazırlanmasına ehtiyac var”

Anews.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı millət vəkili Əli Məsimli deyib. 

O bildirib ki, aidiyyəti orqanlar 190 manatın iyun ayında da insanlara verilməsi məsələsini nəzərə alsın: "Bu məsələnin həllini tapması vacibdir.
 
190 manatlıq birdəfəlik ödəmə əvvəl 200 min, sonra 600 min insana şamil edildi. Amma bu da son rəqəm deyil. Ona görə də təklif edirəm ki, statistika yenidən işlənib hazırlansın”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb