2015-ci il iyunun 1-nə olan məlumata görə, iqtisadi fəal əhalinin sayı 4 milyon 859,8 min nəfər olub, onlardan 4 milyon 623,4 min nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil edib.
Oxu.Az-a Dövlət Statistika Komitəsindən verilən məlumata görə, rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 29,3 min nəfər olub, onların 39 %-ni qadınlar təşkil edib.
Qeyd edək ki, 2015-ci il may ayının 1-i nə olan məlumata görə, isə ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 29,2 min nəfər olub. Beləliklə bir ay ərzində rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 100 nəfər də artıb.
Əksinə müvavinətlərin orta məbləğində son 3 ayda azalma müşahidə olunub:
Belə ki, 2015-ci il aprelin 1-nə müavinətin orta məbləği 254,4 manat, mayın 1-nə olan 248,3 manat, iyunun 1-nə olan məlumata görə isə, 239,6 manat təşkil edib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !