Azərbaycanda işsizlik səviyyəsi açıqlanıb

15:17 | 15.10.2024
Azərbaycanda işsizlik səviyyəsi açıqlanıb

Azərbaycanda işsizlik səviyyəsi açıqlanıb

2024-cü ilin doqquz ayında Dövlət Məşğulluq Agentliyində 216,4 min nəfər işsiz kimi qeydiyyata alınıb. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. 
 
İşsizlərin 46,9%-ni qadınlar, yerdə qalan faizini isə kişilər təşkil edib. 
 
Ölkədə işsizlikdən sığorta haqqı orta aylıq 407,9 manatdır. 
 
Bundan əvvəl Dövlət Məşğulluq Agentliyinin açıqlanan hesabatına görə, yeddi ayda Azərbaycanda 99 min nəfəri münasib işlərlə təmin edilib, 3,2 min şəxs isə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb olunub.
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM