• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda istehsal edilən elektrikin 30%-dən çoxu "yaşıl" olacaq

Azərbaycanda istehsal edilən elektrikin 30%-dən çoxu "yaşıl" olacaq
25.07.2024 14:20
2030-cu ilə qədər Azərbaycanda istehsal edilən elektrik enerjisinin 30%-dən çoxu bərpa olunan enerji mənbələrinin payına düşəcək. Bu barədə Energetika nazirinin müavini Kamal Abbasov bildirib.
 
" 2030-cu ilə qədər bərpa olunan enerji mənbələrinin ölkəni  enerji istehsalında payı  30 %-ə çata bilər. Lakin enerji keçidinin hazırkı tempində bu pay 2027-ci ilə qədər 32,6 %-ə, 2030-cu ilə qədər isə 34,6 %-ə təşkil edə bilər",  - Kamal Abbasov Azərbaycan və Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 8-ci iclasında deyib.

Nazir müavini  bildirib ki,  Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi" layihəsi üzrə də işlər davam edi.
 
"Bu istiqamətdə növbəti görüşün sentyabrda Buxarestdə keçirilməsi planlaşdırılır. Layihənin texniki-iqtisadi əsaslandırmasının hazırlanması 2024-cü ilin sonunadək başa çatdırılması nəzərdə tutulub. Baş ofisi Buxarestdə olacaq birgə müəssisə 2024-cü ilin sentyabrında yaradılacaq. Serbiyanın bu layihədə iştirakı layihənin inkişafı baxımından tərəflər üçün faydalı olacaq",  - Abbasov deyib.
 
Gülnar Nazimqızı

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol