Azərbaycanda istehsal edilən neft və qazın həcmi açıqlandı

12:36 | 16.04.2015
Azərbaycanda istehsal edilən neft və qazın həcmi açıqlandı

Azərbaycanda istehsal edilən neft və qazın həcmi açıqlandı

Bu ilin yanvar-mart aylarında ölkə sənayesinin təsərrüfat subyektləri tərəfindən 5,8 milyard manatlıq məhsul istehsal olunub. 

ANS PRESS-in Dövlət Statistika Komitəsinə istinadla verdiyi məlumata görə, məhsul istehsalında 3,9 faizlik artım qeydə alınıb. Sənayenin qeyri-neft sahələrində istehsalın həcmi əvvəlki ilin yanvar-mart aylarının səviyyəsini 9,0 faiz, neft-qaz sektorunda isə 3,4 faiz üstələyib.

Sənaye məhsulunun 58,7 faizi istehsal olunmuş mədənçıxarma bölməsində 10,5 milyon ton neft, 5,2 milyard kub metr əmtəəlik təbii qaz və digər məhsullar hasil edilib. Emal bölməsində istehsalın həcmi sənayenin ümumi məhsulunun 30,9 faizini təşkil edib. 

Qida, içki, geyim, kağız və karton, poliqrafiya, neft məhsullarının, kimya, rezin və plastmas məmulatların, tikinti materiallarının, hazır metal məmulatlarının, elektrik avadanlıqlarının və s. məhsulların istehsalında artım müşahidə edilib.

İstehsal edilmiş sənaye məhsulunun 9,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin, 1,0 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsinin payına düşür. 

Ümumi sənaye istehsalının 87,1 faizi malların (əmtəələrin), 12,9 faizi isə sənaye xarakterli xidmətlərin payına düşü. Məhsulun 73,1 faizi özəl bölmədə istehsal olunub.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM