ANN.Az Trend-ə istinadən xəbər verir ki, dekabrın 22-də Gəncə Avtomobil Zavodu ilə Rusiyanın "KamAZ” zavodu ilə ikitərəfli müqavilə imzalanıb. Sənədə görə, 2015-cı ilin əvvəlindən başlayaraq, Gəncədə müxtəlif modeldə yüksək keçidli, ağır tonnajlı avtomobillərin yığımına start veriləcək.
Müqaviləni Rusiya müəssisəsi tərəfindən "KamAZ” zavodunun baş direktorunun müavini Tsıqanov Vasiliy Vitaliyevic, Azərbaycan tərəfindən isə Gəncə Avtomobil Zavodu İB-nin direktoru Kamran Nəzərov imzalayıblar.
Uzunmüddətli əməkdaşlığı nəzərdə tutan müqaviləyə əsasən, yığılacaq "KamAZ" avtomobillərinin ilkın mərhələdə Azərbaycan bazarında, sonralar isə xarici bazarda satışı planlaşdırılır.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !