Azərbaycanda karantin rejiminin yumşaldılması dayandırıla bilər

19:17 | 03.06.2020
Azərbaycanda karantin rejiminin yumşaldılması dayandırıla bilər

Azərbaycanda karantin rejiminin yumşaldılması dayandırıla bilər

"Son günlər koronavirusla bağlı yoluxmanın artması müşahidə olunur”,  bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

"Yoluxmanın dərəcəsi ilə bağlı sağalanlar arasında fərq müşahidə olunur. Yeni bir situasiya yaranıb. Buna səbəb də vətəndaşların karantin rejiminin qaydalarına riayət etməməsidir.

Karantin rejiminin yumşaldılmasının dayandırılması aktuallaşıb. Müxtəlif variantlar müzakirə olunub. Məhdudlaşdırma ilə bağlı məsələ müzakirə olunub. Cümə günü axşamdan bazar ertəsi səhərə qədər tam məhdudlaşdırma qaydası qüvvəyə minə bilər”, - İ.Məmmədov bildirib.



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb