Azərbaycanda karantində saxlanılanların sayı açıqlandı

18:08 | 22.05.2020
Azərbaycanda karantində saxlanılanların sayı açıqlandı

Azərbaycanda karantində saxlanılanların sayı açıqlandı

"Hazırda Azərbaycanda 1139 nəfər karantində saxlanılır”.

Anewa.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Sədr qeyd edib ki, bunlar Rusiyadan, eləcə də, hava nəqliyyatı ilə digər ölkələrdən gələnlərdir:

"Həftəlik 200-500 nəfəri karantinə qəbul edə bilirik. Nəzərə almaq lazımdır ki, karantin müəssisələrinə tibb işçilərimiz ezam olunur.
 
Ona görə də bundan artıq insanı karantinə ala bilmirik”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM