Azərbaycanda kassadan yayınmağa görə cərimələr artırıldı

13:12 | 08.12.2015
Azərbaycanda kassadan yayınmağa görə cərimələr artırıldı

Azərbaycanda kassadan yayınmağa görə cərimələr artırıldı

Kassadan yayınmağa görə, cərimələr artırılıb.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan prezidenti İlham Əliyevin Vergilər Məcəlləsinə edilən son əlavə və dəyişikliklərdə nəzərdə tutulub.

Belə ki, nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə cərimənin məbləği nə az nə çox düz 5 dəfə artırılıb:

Təqvim ili ərzində belə hallara birinci dəfə yol verdikdə, cərimənin məbləği 400 manatdan 2000 manata, ikinci dəfə yol verdikdə 800 manatdan 4000 manatadək, təqvim ili ərzində üçüncü dəfə yol veridikdə isə cərimənin məbləği 1200 manatdan 6000 manata qaldırılıb.

Qeyd edək ki, Məcəllədə nəzərdə tutulmuş dəyişikliklər 2016-cı ildən qüvvəyə minir.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti