Azərbaycanda sterilizasiya qurğusunun ilin sonunadək istismara verilməsi gözlənilir. Bunu Trend-ə "Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-dən deyiblər.
Qurğunun istismara verilməsi üçün zəruri olan izotop mənbələrin yaxın vaxtlarda ölkəyə gətirilməsi planlaşdırılır.
Sterilizasiya qurğusu Qobu qəsəbəsində yerləşib. Bu qurğu ilk növbədə aqrar sənaye üçün maraq kəsb edir.
Qurğu mikrobların məhv edilməsi üçün qamma şüalandırma metodunu tətbiq etməyə imkan verəcək ki, bu da kənd təsərrüfatı məhsullarının (taxıl, ət məhsulları, quru meyvələr, kartof və s.), tibbi peraparatların və sairin saxlanma müddətini uzadacaq.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !