Azərbaycanda kənd təsərrüfatına 1 milyon manata yaxın ziyan dəyib

15:45 | 29.04.2014
Azərbaycanda kənd təsərrüfatına 1 milyon manata yaxın ziyan dəyib

Azərbaycanda kənd təsərrüfatına 1 milyon manata yaxın ziyan dəyib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Qarabağ bölgəsində dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın hadisələrinin qarşısının alınması, eləcə də meşələrin yanğın təhlükəsizliyinin təmin olunmasını ilə əlaqədar qabaqlayıcı tədbirlər keçirir.Dövlət Yanğın Nəzarəti Xidmətindən verilən məlumata görə, belə bir tədbirlər biri bu gün Ağdam rayonunda baş tutub. «Dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyi» mövzusunda keçirilən regional seminar-müşavirədə rayon icra hakimiyyətləri, bələdiyyə, Meşə Mühafizəsi və Bərpası müəssisələri, fermer təsərrüfatları nümayəndələri iştirak edib. Seminar-müşavirədə Dövlət Yanğın Nəzarəti Xidmətinin yanğına qarşı təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovniki Hikmət Xudiyev qarşıdan gələn mövsümdə dənli və texniki bitkilərinin yığılması, daşınması, saxlanması və emalı dövründə, həmçinin meşələrdə yanğın təhlükəsizliyinin təmin olunması üçün qarşıdan duran vəzifələr barədə danışıb. Qeyd olunub ki, Fövqəladə Hallar Nazirliyinin, digər qurumların həyata keçirdiyi məqsədyönlü qabaqlayıcı tədbirlərə baxmayaraq  mövsüm ərzində siqaret çəkilən zaman ehtiyatsızlıq, uşaqların odla ehtiyatsız davranışı, texnikaların hərəkət hissələrinin və detallarının dağılması, hərəkətli mexanizmlərə kənar əşyaların düşməsi, elektrik avadanlıqlarının texniki istismar qaydalarının pozulması, nəqliyyat vasitələri sistemlərinin, mexanizmlərinin və hissələrinin, qığılcımsöndürən qurğuların nasazlığı, təndirdən və ocaqdan düşən qığılcım, sobaların istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarına riayət olunmaması, biçilmiş sahələrin yandırılması, elektrik avadanlıqlarının quraşdırılması qaydalarının pozulması  səbəbindən 2013-cü ildə respublika ərazisində 35 ton dənli, texniki və paxlalı bitki, 2702 ton yem, dənli, texniki və paxlalı bitki əkilmiş 666 hektar sahə yanaraq məhv olub. Yem məhsullarının yanması nəticəsində  739 min   manat, texniki və paxlalı bitki əkilmiş sahələrin yanması nəticəsində isə kənd təsərrüfatı  zəhmətkeşlərinə  231 min  manat maddi ziyan dəyib. Müşavirədə yanğınların statistikası və təhlilinə istinad edilərək yanğınların baş verdiyi yerlərdə  ilkin  yanğınsöndürmə  vasitələrinin  olmaması, insanların bu vasitələrin təyinatını bilməməsi və onlardan düzgün istifadə etməmələri yanğınların genişlənməsinin başlıca səbəblərindən biri kimi qiymətləndirilib və  ilkin yanğınsöndürmə vasitələrinin, o cümlədən avtomatik yanğınsöndürmədə yeni texnologiya olan Tailandda istehsal olunmuş avtomatik yanğınsöndürmə topunun texniki xüsusiyyətləri, istifadə qaydası haqqında ətraflı söhbət açılıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM