Azərbaycanda kənd təsərrüfatı məhsullarının ixrac dəyəri artıb

10:10 | 04.03.2024
Azərbaycanda kənd təsərrüfatı məhsullarının ixrac dəyəri artıb

Azərbaycanda kənd təsərrüfatı məhsullarının ixrac dəyəri artıb

2024-cü ilin yanvarında 70,0 milyon ABŞ dolları həcmində kənd təsərrüfatı məhsulu ixrac olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,1 faiz artıb.

Bu barədə Aqrar Tədqiqatlar Mərkəzindən məlumat verilib.
 
2023-cü ildə Azərbaycanda 12 milyard 210 milyon manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilib, bu da 2022-ci ilin göstəricisi ilə müqayisədə 3 % çoxdur.
 
Son bir ildə bitkiçilik məhsullarının dəyəri 2,7 % artaraq 5 milyard 933 milyon manat təşkil edib, heyvandarlıq məhsullarının dəyəri 3,2 % artaraq 6 milyard 276 milyon manat olub.
 
Aytac Zeynalova


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM