Azərbaycanda klinikaların koronavirus testi müayinələrini dayandırdıqları xəbəri yayılıb

09:08 | 27.06.2020
Azərbaycanda klinikaların koronavirus testi müayinələrini dayandırdıqları xəbəri yayılıb

Azərbaycanda klinikaların koronavirus testi müayinələrini dayandırdıqları xəbəri yayılıb

Azərbaycanda klinikaların koronavirusun aşkarlanması məqsədilə test müayinələrinin aparılmasını dayandırdıqları bildirilir.

Anews.az xəbər verir ki, Marja-ya verilən məlumata görə, 25 iyundan müayinələr dayandırılıb və bunun səbəbi açıqlanmır.

"Mən İnci laboratoriyasında, Referans klinikasında və Memorial Klinikdə, Baku Medical Plazada, Caspian İnternational Hospitalda və Bakı Sağlamlıq Mərkəzində olmuşam. Hamısı test müayinələrinin aparılmasını dayandırdıqlarını bildirdilər",- vətəndaşlardan biri Marja-ya bildirib.

Qeyd edək ki, yaxma nümunəsi götürülməklə aparılan müayinənin qiyməti 130 manat, qan müayinəsinin qiyməti isə 40 manat idi. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb