Azərbaycanda klinikaların koronavirusun aşkarlanması məqsədilə test müayinələrinin aparılmasını dayandırdıqları bildirilir.
Anews.az xəbər verir ki, Marja-ya verilən məlumata görə, 25 iyundan müayinələr dayandırılıb və bunun səbəbi açıqlanmır.
"Mən İnci laboratoriyasında, Referans klinikasında və Memorial Klinikdə, Baku Medical Plazada, Caspian İnternational Hospitalda və Bakı Sağlamlıq Mərkəzində olmuşam. Hamısı test müayinələrinin aparılmasını dayandırdıqlarını bildirdilər",- vətəndaşlardan biri Marja-ya bildirib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !