2023-ci ilin yanvar-avqust aylarında Azərbaycanda könüllü tibbi sığorta üzrə yığımların həcmi 91 mln. 226 min manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankından xəbər verilir ki, bu göstərici ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 7.6% və ya 6 milyon 441 min manat çoxdur. 2022-ci ilin müvafiq dövründə könüllü tibbi sığorta üzrə toplanan sığorta haqqlarının həcmi 84 milyon 785.4 min manat idi.
Bu dövrdə tibbi sığorta üzrə ödənişlərin həcmi 48 milyon 633 min manat olub ki, bu da əvvəlki dövrlə müqayisədə 2.8% və ya 1 milyon 404 min manat azdır. Ötən ilin müvafiq dövründə bu sığorta növü üzrə ödənişlərin həcmi 50 mln. 38 min manata bərabər olub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !