Azərbaycanda koksaki virusu yayılıb? - AÇIQLAMA

12:17 | 11.02.2019
Azərbaycanda koksaki virusu yayılıb? - AÇIQLAMA

Azərbaycanda koksaki virusu yayılıb? - AÇIQLAMA

Sosial şəbəkələrdə azyaşlılar arasında koksaki adlı virusun yayılması barədə xəbərlər gündəm olub.

Xəstəlik ilkin olaraq qrip kimi başlayır: qızdırma, burun axıntısı, boğazda ağrı, halsızlıq və növbəti mərhələdə bədənin müxtəlif yerlərində səpkilər əmələ gəlir.

Səpkilər, əsasən, ağızda, əldə, ayaqda və bədənin digər yerlərində yaranır.

Səpkilərə görə su çiçəyinə bənzəyən bu virus su çiçəyi deyil. Virus keçicidir, əsasən, tənəffüs yolu və yaxın təmas vasitəsilə ötürülür. 

Səhiyyə Nazirliyindən Oxu.Az-a verilən açıqlamada bildirilib ki, koksaki adlı virusla bağlı xəstəxanalara müraciət daxil olmayıb:

"Hələlik bu virusla bağlı müraciət edənlər olmayıb”.

Qeyd edək ki, bu xəstəlik, adətən, heç bir müdaxilə olmadan 7-10 gün ərzində keçir. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb