Azərbaycanda kolleclərə qəbulda yenilik

17:23 | 07.02.2014
Azərbaycanda kolleclərə qəbulda yenilik

Azərbaycanda kolleclərə qəbulda yenilik

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) kolleclərə qəbul qaydalarında dəyişiklik edib.Yeniliyə əsasən, bu il 9-cu sinfi bitirərək kolleclərə qəbul olunmaq istəyən abituriyentlər bunun üçün ayrıca imtahan verməyəcəklər.Yeni qaydaya əsasən, 9-cu sinfi bitirən şagirdlərdən kolleclərin müsabiqəsində iştirak etmək istəyənlər buraxılış imtahanının nəticəsinə görə ixtisas seçimi edə biləcəklər. Orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında ayrıca imtahan yalnız əvvəlki illərin məzunları üçün keçiriləcək. Həmin imtahanın iyunun 29-da keçirilməsi nəzərdə tutulur. Kolleclərə 9 illik təhsil bazasından qəbul imtahanlarına qoşulan bütün abituriyentlər yalnız ana dili və riyaziyyat fənlərindən imtahan verəcəklər.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM