Azərbaycanda koronavirusa ən çox bu yaş qrupu yoluxub

10:13 | 26.07.2021
Azərbaycanda koronavirusa ən çox bu yaş qrupu yoluxub

Azərbaycanda koronavirusa ən çox bu yaş qrupu yoluxub

Azərbaycanda indiyə qədər yeni növ koronavirus infeksiyasına yoluxanların əksəriyyəti yaşı 30-39 arası olan şəxslərdir. Bu şəxslər ümumi yoluxanların 21 faizini təşkil edir. 

Bu barədə məlumat koronavirusinfo.az saytında yerləşdirilib. 50-59 yaş aralığında olanlar arasında yoluxma 18 faiz, 20-29 yaşlılar arasında yoluxma 16 faiz, həm 40-49, həm də 60-69 yaşlılar arasında yoluxma isə 15 faiz təşkil edir. 

Yaşı 70 və daha yuxarı olanlar arasında virusa yoluxma hallarıəna daha az rast gəlinib. Belə ki, indiyə qədər 70-79 yaşlı şəxslər arasında yoluxma 4 faiz, yaşı 80 və daha çox olanlar arasında yoluxma isə 2 faiz təşkil edib. COVID-19-a yoluxma azyaşlılar arasında da qeydə alınıb. 0-9 yaş aralığında  yoluxma 3 faiz, 10-19 yaş aralığında yoluxma isə 6 faiz təşlkil edib. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb