Azərbaycanda koronavirusa görə DAHA BİR QƏRAR: Bu ləğv edildi

20:51 | 11.05.2020
Azərbaycanda koronavirusa görə DAHA BİR QƏRAR: Bu ləğv edildi

Azərbaycanda koronavirusa görə DAHA BİR QƏRAR: Bu ləğv edildi

Bu gün Azərbaycan Voleybol Federasiyası (AVF) ölkə çempionatı ilə bağlı qərarını verib.

Anews.az xəbər verir ki, AVF Super Liqa, Yüksək Liqa və I Liqanın bərpa olunmamasını məqsədəuyğun hesab edib.
Nəticədə, koronavirusa görə Nazirlər Kabineti yanında operativ qərargahın qərarına uyğun olaraq, martın 14-dən dayandırılan yarışlar davam etdirilməyəcək və 2019/2020-ci illər mövsümünün oynanılmış qarşılaşmaları ləğv olunub. Bu da matç sayının eyni olmaması və təxirə salınmış oyunların olması səbəbindən irəli gəlib. Yekun qərara əsasən, klublara heç bir mükafat verilməyəcək.
Digər qərara əsəsən isə, 2020/2021-ci illər mövsümündə Azərbaycanı avrokubokda təmsil edəcək komanda müəyyənləşib. AVF qadınlardan ibarət "Azərreyl” komandasının Çağırış Kubokunda (Challenge Cup) oynamasını məqsədəuyğun sayıb.
Federasiya rəhbərliyi, həmçinin legionerlərlə bağlı tövsiyəsini də klubların diqqətinə çatdırıb. Bildirilib ki, əcnəbilərdən Bakıda yalnız "Azərreyl”in seneqallı voleybolçusu (Mbayanq Sek) qalıb və onun üçün lazımı şərait yaradılıb. Oyunçunun uçuşlar bərpa olunduqdan sonra ölkəsinə dönməsinə köməklik göstərilməsi tapşırılıb.
Qeyd edək ki, daha əvvəl Azərbaycanda basketbol çempionatı ləğv olunmuşdu. Ancaq orada mükafatçılar elan olunmuşdu./oxu.az/

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM