• $ 1.7
  • € 1.9944
  • ₽ 0.021616
  • ₺ 0.0426
  • £ 2.334

Azərbaycanda koronavirusa görə yeni qadağalar qüvvəyə minə bilər

Azərbaycanda koronavirusa görə yeni qadağalar qüvvəyə minə bilər
29.05.2020 04:17
"Doğrudur, hava-damcı infeksiayalarının qarşısını almaq çox çətindir. Amma Azərbaycanda hökumət tərəfindən həyata keçirlən tədbirlər sayəsində biz bu virusa qarşı dayana biləcəyik”.

Anews.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, respublikanın baş infeksionisti Cəlal İsayev koronavirus təhlükəsinin Azərbaycanda tam olaraq aradan qalxacağı zamanla bağlı proqnozunu bölüşərkən bildirib.

O qeyd edib ki, bu dayanıqlılıq indiki məqamda vətəndaşlardan asılıdır:

"Dövlət kompleks tədbirlər görür, kifayət qədər vəsait ayrılıb. Amma bəzi vətəndaşlar karantin rejiminə əməl etmirlər. Bu virusa barmaqarası baxmaq düzgün deyil. Başa düşmək lazımdır ki, bu, öyrənilməmiş və yeni virusdur”.

Baş infeksionist havaların isinməsilə koronavirusun tamamilə aradan qalxacağı ilə bağlı fikirlərlə razılaşmayıb:

"Havaların isinməsinin müəyyən qədər köməyi olacaq, amma virus artıq insanlar arasında dövr edirsə, yayılma hələ bir müddət davam edəcək. Hər bir insan həyatı hər birimiz üçün dəyəlidir. Amma insanların bu məsələdə həmrəyliyi çox vacibdir.

Prosesin gedişi təkcə Azərbaycanla bağlı deyil, dünya ilə bağlıdır. Artıq daxili yoluxma artdığına görə, virusun tam lokallaşdırılması hələ bir müddət çəkəcək. Küçədə rastlaşdığımız adamlarda virusun olub-olmadığını bilmirik axı. Ona görə də küçəyə çıxmaq qadağası var.

Metroda iş 5 saat müəyyən edilib, strateji yerlər istisna olmaqla, bütün obyektlərin fəaliyyəti dayandırılıb və s. İnsanlar buna əməl etməlidir. Ola bilər bir neçə günə yeni qadağalar qüvvəyə minsin. Amma insanlar karantinə riayət edərsə, ən az 1-2 aya xəstəlik tam lokallaşdırıla bilər”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Siyasət 14:39
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Siyasət 15:17
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Azərbaycan XİN Rusiyadan  Bakıda
Siyasət 15:22
Azərbaycan XİN Rusiyadan Bakıda "Rus evini" bağlamağı tələb edib
Şahnaz Bəylərqızı 3 ay 15 gün müddətinə həbs edilib
Siyasət 15:16
Şahnaz Bəylərqızı 3 ay 15 gün müddətinə həbs edilib
Nazir Prezidentin köməkçisi təyin olunub - Sərəncam
Siyasət 17:26
Nazir Prezidentin köməkçisi təyin olunub - Sərəncam
Paşinyan Azərbaycana yeni münasibətlərə başlamağı təklif edir
Siyasət 14:00
Paşinyan Azərbaycana yeni münasibətlərə başlamağı təklif edir
AZAL təyyarəsini Rusiya tərəfi vurub, Azərbaycanın əlində raketin qalıqları var -  Reuters
Siyasət 21:23
AZAL təyyarəsini Rusiya tərəfi vurub, Azərbaycanın əlində raketin qalıqları var - Reuters
Deputat təklif edir ki, 28 maya qədər amnistiya aktı hazırlansın
Siyasət 12:15
Deputat təklif edir ki, 28 maya qədər amnistiya aktı hazırlansın
Ermənistan silahlanacaq və Konstitusiyasını dəyişməyəcək - Paşinyan
Siyasət 18:10
Ermənistan silahlanacaq və Konstitusiyasını dəyişməyəcək - Paşinyan
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol